AZ

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), ölkə hakimiyyəti idman infrastrukturunun modernləşdirilməsi məsələsini həll etməsə, İtaliyanı 2032-ci il Avropa Çempionatına evsahibliyi etmək hüququndan məhrum etməklə hədələyib.

UEFA prezidenti Aleksandr Çeferin qeyd edib ki, İtaliya hökuməti ölkənin bütün Avropada ən pis idman infrastrukturlarından birinə sahib olmasına diqqət yetirməlidir.

"Avro 2032 planlaşdırılıb və keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada keçirilməyəcək", - Çeferin bildirib.

Turnirin İtaliya və Türkiyədə keçirilməsi planlaşdırılır. 

Məlum olduğu kimi, İtaliya əvvəllər - 1968 və 1980-ci illərdə iki Avropa çempionatına evsahibliyi edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
49
azerbaijan-news.az

1Mənbələr