AZ

70 min kilometr uzaqlıqdan YER: “Artemis II” missiyasından TARİXİ FOTO

“Artemis II” missiyasının heyəti 50 ildən sonra Yerin unikal şəklini çəkib.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

“Artemis II” missiyasının heyəti Yer kürəsindən təxminən 70 000 kilometr məsafədən planetimizin unikal və möhtəşəm fotosunu çəkib.

Qeyd etmək lazımdır ki, bu, 1972-ci ildən bəri insanın kosmosa, Yer orbitindən bu qədər uzağa səyahət etdiyi ilk tarixi məqamdır.

Bu tarixi kadr bəşəriyyətin uzun fasilədən sonra yenidən kosmosun dərinliklərini kəşf etməyə başladığını bir daha təsdiqləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr