AZ

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və dünyanın aparıcı peyk rabitəsi şirkətlərindən biri olan “Viasat Inc.” arasında uçuş zamanı internet xidmətlərin (IFC – In-Flight Connectivity) göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən “Viasat” və “Azərkosmos” Azərbaycan ərazisində fəaliyyət göstərən hava yollarına müasir, yüksək sürətli və etibarlı uçuşdaxili internet xidmətlərinitəqdim edərək müştəri və tərəfdaşlara daha effektiv xidmət göstərəcək.

Bu razılaşma rəqəmsal xidmətlərin genişlənməsinə, hava nəqliyyatında rabitə imkanlarının gücləndirilməsinə və sərnişin təcrübəsinin daha da inkişaf etdirilməsinə töhfə verəcək. Həmçinin tərəfdaşlar arasında Daşkənddə keçirilən Kosmik Texnologiyalar Konfransı (“STC 2026”) çərçivəsində işgüzar görüş keçirilib, müqavilənin təfərrüatları və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

Seçilən
13
5
azerbaijan-news.az

6Mənbələr