AZ

Azərbaycan futzal millisinin təlim məşq toplanışı üçün heyəti açıqlanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

AZƏRTAC xəbər verir ki, aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla, ümumilikdə 17 futzalçı dəvət edib.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı “Baku Fire”), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi “Araz-Naxçıva”n), Qüdrət Qasımzadə (“Şuşa”).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
11
azertag.az

10Mənbələr