ABŞ prezidenti İsrail xalqının tarixindən danışaraq iman və ümidin gücünü vurğulayıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çıxışında qədim dini əsatrirlərə istinad edərək İsrail xalqının tarixindən bəhs edib.
Tramp bildirib ki, 3000 ildən çox əvvəl İbrahim, İshaq və Yaqubun Tanrısı qədim israilliləri əsarətdən azad edərək onları "Vəd olunmuş torpağa" gətirib. Onun sözlərinə görə, bu hadisələr möhtəşəm bir dövrü əks etdirir və müasir dövr də eyni dərəcədə mühüm mərhələ kimi qiymətləndirilə bilər.
ABŞ prezidenti qeyd edib ki, bu yol Tanrının sözünə inamla başlayıb və Qırmızı dənizin keçilməsi ilə yadda qalan möcüzəvi hadisə ilə davam edib. ABŞ prezidenti vurğulayıb ki, bu hadisələrdən sonra dünya artıq əvvəlki kimi olmayıb.
Tramp əlavə edib ki, bu həftə həmin tarixi hadisələr xatırlanır və bu, Tanrının sədaqətinin sübutu kimi qiymətləndirilir. Onun sözlərinə görə, həqiqi iman, sonsuz ümid və dua gücü ilə Tanrının xalqını heç nə dayandıra bilməz.
Analitiklər hesab edirlər ki, bu cür bəyanatlar dini motivlərin siyasi ritorikada rolunun artdığını göstərir və xüsusilə Yaxın Şərqdə baş verən hadisələr fonunda əlavə məna kəsb edir.
Poliqon.info