BAKI, 3 aprel. TELEQRAF
AFFA prezidenti Rövşən Nəcəf Peşəkar Futbol Liqasının ləğv olunacağına dair yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə deyib:
"Peşəkar Futbol Liqası AFFA ilə müqavilə əsasında yarışları keçirən qurumdur. PFL-nin fəaliyyəti müqaviləsi əsasında davam edir. Bu müqavilənin şərtləri sonradan dəyişə bilər. Amma indiki halda bu, müzakirə olunmur".