AZ

"Təhdidlər həyata keçirilərsə, dağıdıcı hücum gələcək" - Zülfəqari

İran ABŞ və İsrail hədəflərinə zərbə endirəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bəyan edib.

Xəbərdə bildirilir ki, Zülfəqari ABŞ Prezidenti Donald Trampın İran körpülərinə və elektrik stansiyalarına hücum təhdidlərinə cavab olaraq bildirib: “Əgər bu təhdidlər həyata keçirilərsə, İran İslam Respublikasının güclü silahlı qüvvələri bölgədəki vacib obyektlərə və aktivlərə daha sərt və dağıdıcı şəkildə hücum edəcəklər”.

O əlavə edib ki, ərəb ölkələrinin infrastrukturlarına zərər vurmamaq üçün ABŞ öz qüvvələrini ərazilərindən çıxarmalıdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr