AZ

Premyer Liqada komanda sayının artırılması AFFA İcraiyyə Komitəsinin gündəmindədir

Misli Premyer Liqasında komanda sayının artırılması potensial namizədlərin hazırlıq səviyyəsindən asılıdır.

"Far.Az" xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

Milli assosiasiya rəhbərinin sözlərinə görə, komanda sayının artırılması müzakirə mövzusudur:

"Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək".

Onun sözlərinə görə, qərarlar verilərkən rəqabətlilik və keyfiyyət ön plana çəkilir:

"Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır".

AFFA prezidenti bu mövzunun İcraiyyə Komitəsinin gündəmində olduğunu xatırladıb:

"Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur".

Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

Seçilən
14
6
far.az

7Mənbələr