AZ

Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb

ain.az bildirir, Marja.az portalına istinadən.

28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 507 olmuşdur.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir. 

2026-cı ilin Fevral ayının sonuna bank sektorunda çalışanların sayı 27 min 277 nəfər təşkil etmişdir.

31 yanvar 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 498 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 27 min 235 nəfər təşkil etmişdi. 

28 fevral 2025-ci il tarixinə də isə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 488, şöbələrinin sayı 89, ATM-lərin sayı 3 min 274,  bank sektorunda çalışanların sayı isə 25 min 634 nəfər olmuşdu.

Bank sektorunda çalışanların sayı 2026-cı ilin fevral ayında 42 nəfər, son 12 hesabat ayında isə 1643 nəfər artıb. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
marja.az

5Mənbələr