AZ

Bu xəstəliklərin varsa, maşın sürə bilməzsən Dünyada və Azərbaycanda sürücülük QADAĞALARI

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Dünyanın bütün ölkələrində sürücülük yaşı 18-dən başlayır. Amma yuxarı yaş həddi hər ölkədə müxtəlifdir.Əslində yaşlı insanlar gənclərə nisbətən daha diqqətli şəkildə maşın sürürlər. Amma qanunlar və təbiət bununla həmişə razılaşmır.Yaş sürücülük üçün mütləq maneə deyil, hər şey sürücüdən və onun səhhətindən asılıdır.Məsələn, Almaniyada yaşlı sürücülərin yalnız görmə qabiliyyəti yoxlanılır. İtaliyada 50 yaşdan sonra isə hər beş ildən bir yeniləyirlər. Çində əvvəllər 70 yaşından sonra sürücülük qadağan edilmişdi, lakin bu limit 2020-ci ildə qaldırıldı.Rusiyada hər il 60 yaşdan yuxarı şəxslərdə sürücülük vəsiqəsi yenilənir. Azərbaycanda da sürücülük üçün yuxarı yaş həddi rəsmi olaraq müəyyən edilməyib. Sadəcə yaş artdıqca daha tez-tez tibbi müayinədən keçə bilərlər. Sürücülük vəsiqəsi daha qısa müddətə verilir. Ciddi görmə problemi nevroloji xəstəlikləri (məsələn, Demensiya, epilepsiya) varsa qadağa qoyulur.Yəni 90 yaşında insan da sükan arxasına keçə bilər bu, qayda pozuntusu hesab edilmir, səhhəti imkan verirsə ayağını yerdən götürə bilər. Sadəcə yaşlı bir insanın avtomobil idarə etməsinə mane olan iki şey var: göz zəifləməsi və dərmanlar. Yaş keçdikcə insanın reflektivliyi, görmə və eşitmə qabiliyyəti pisləşir və bəzən zehni dəyişikliklər baş verir.Başqa bir məsələ dərmanlardır. Yaşlı adamların 95 faizi dərman qəbul edir. Bunların içində qana gec sovrulan, tədricən təsirini göstərən dərmanlar da var. Bəziləri yuxu gətirir, bəziləri də görməni pisləşdirir. Məsələn, korvalol,  yaxud valocordin kimi sakitləşdirici, yuxugətirici dərmanlar yaşlıların əcza qutusundan əskik olmur. Dünyada və Azərbaycanda bu ciddi yoxlanış və qadağalar həm sürücülərin özlərini, həm də onların sürdüyü maşınlara tuş gələ biləcək piyadaların qorunmasına xidmət edir.Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
6
bizim.media

7Mənbələr