AZ

Rövşən Nəcəf AFFA ilə PFL arasındakı müqavilənin şərtlərinin dəyişdirilə biləcəyini açıqlayıb

AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür.

Far.Az report-a istinadən xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

Milli assosiasiyanın rəhbəri PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə toxunub və qurumlararası münasibətlərin müqavilə əsasında tənzimləndiyini bildirib:

"PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək".

R. Nəcəf qeyd edib ki, klubların cərimə məbləğlərindən narazı qalmasında isə bağlı hüquqi prosedurlar mövcuddur:

"İntizam Komitəsi müstəqil qurumdur, AFFA-nın onun fəaliyyətinə müdaxiləsi mümkün deyil. Cərimələrlə bağlı narazılığı olan klublar apellyasiya şikayəti verə bilərlər. Lakin bir məqamı qeyd edim ki, cərimələrdən toplanan vəsaitlər yenidən klubların inkişafına yönəldilir. Bu vəsaitlər AFFA-nın büdcəsində qalmır, yenidən futbolun və klubların maliyyələşməsinə xərclənir. Bu baxımdan, "klubların soyulması" kimi ifadələr düzgün deyil".

Seçilən
16
6
far.az

8Mənbələr