AZ

Türkiyədə mühüm görüş

Türkiyədə səfərdə olan “Qardaşlığımız Ədəbidir” QHT koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli görüşlərini davam etdirir.

Herbiand.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Komissiyasının sədri, millət vəkili, sabiq müdafiə naziri Hulusi Akar Emin Həsənini və Türkiyə Müharibə Veteranları Birliyinin sədri Bəyazıd Yumuğu qəbul etdi. Çox maraqlı bir görüş keçirildi.

 Hulusi Akar Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirdi. O 44 günlük vətən müharibəsində və bir günlük antiterror əməliyyatlarında Azərbaycan Ordusunun əldə etdiyi yüksək nailiyyətlərə sevindiyini bildirdi. Antiterror tədbirlərini dünya hərb tarixində ən önəmli əməliyyatlardan biri kimi qeyd etdi və Azərbaycan Ordusu Azərbaycan diplomatiyasının qələbəsi ilə sevindiyini bildirdi.

Azərbaycanda səfərdə olduğunu,  Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevlə, o cümlədən Silahlı Qüvvələrdə Azərbaycan hərbçiləri ilə görüşlərini xatırladı.

Hulusi Akar hərbi yönümlü təşkilatların əməkdaşlığını da yüksək qiymətləndirdiyini söylədi.

Dövlətlərimizin qardaşlığına prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin verdiyi önəm xüsusi vurğulandı.

Öz növbəsində Emin Həsənli yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirdi və hərbi yönümlü təşkilatların bundan sonra da əlaqələrimizin möhkəmlənməsinə töhfə  verəcəyini qeyd etdi.

İki dövlət arasında əlaqələrin ümummilli lideri Heydər Əliyevin “bir milləti, iki dövlət, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” formuluna dayanaraq prezidentlər İlham Əliyev və Rəcəb Tayib Ərdoğan tərəfindən hər sahədə yüksək səviyyəyə qaldırılması və bu xəttin hər zaman davam etdiriləcəyi vurğulandı.

Türkiyə Müharibə Veteranları Birliyinin sədri Türkiyə qazilərinin Azərbaycana, Azərbaycan qazilərinin Türkiyəyə qarşılıqlı səfərlərindən bəhs etdi. Eyni zamanda Türkiyə dövlətinin son zaman qaziləri daha çox diqqət ağırdığını və müdafiə komissiyasının sədri kimi Hulusi Akarın bu məsələyə xüsusi diqqət verilməsi, Türkiyədə əsgər dərnəklərlə tez-tez görüşməsini qeyd olundu.

Sonda Hulusi Akar əlaqələrin genişlənməsi üçün həm general kimi, həm millət vəkili kimi həm də parlamet komisiyasınıən sədri kimi öz üzərinə düşən hər şeyi etməyə hazır olduğunu bildirib.



Seçilən
25
6
herbiand.az

7Mənbələr