AZ

Medvedev əsəbiləşdi: Tramp şou göstərir, icazə verilməyəcək

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“ABŞ NATO-dan çıxmayacaq, bu, inandırıcı deyil, heç Konqres də icazə verməz”.

Globalinfo.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev ABŞ Prezidenti Donald Trampın ritorikasının şou xarakterli olduğunu söyləyib:

“Amma kiçik addımlar, məsələn, qoşun sayını azaltmaq və ya silah tədarükünü dayandırmaq mümkündür. Digər tərəfdən Trampın İrana yönəlmiş kampaniyası NATO-da ziddiyyətləri dərinləşdirib və indi Brüsseldə ciddi şəkildə Avropa İttifaqı (Aİ) daxilində tam hüquqlu hərbi komponent yaradılması məsələsi müzakirə olunur”.

Medvedyev Rusiyanın qonşu ölkələrinin, o cümlədən Ukraynanın Aİ-yə üzvlüyü prosesinə tolerant münasibət göstərilməsinin dayandırılmasını tələb edib:

“İndiyədək Avropa İttifaqına üzvlük mövzusunda ritorikamız bütün qonşulara qarşı, hətta Ukraynaya qarşı da ölçülü və sakit olub. İstəyirsinizsə, qoşulun. Amma indi hər şey dəyişməlidir, Aİ artıq yalnız iqtisadi ittifaq deyil. O çox yaxın zamanda tam hüquqlu və Rusiyaya qarşı olduqca düşmən, bəzi cəhətlərdə NATO-dan daha pis bir hərbi alyansa çevrilə bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
globalinfo.az

1Mənbələr