Bakı.Trend:
Aprelin 2-də polis tərəfindən xeyli silah-sursat aşkarlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.
Bildirilib ki, aprelin 2-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5alışdırıcı, 6 tüfəng, 10 patron darağı, 1460 ədəd müxtəlif çaplıpatron və 4 mərmi aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.