Offsideplus.az AFFA-nın prezidenti Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayevin AFFA-nın Hesabat Konfransından sonra baş tutan mətbuat konfransını təqdim edir. 

Kadr islahatları davam edəcək?

Cahangir Fərəcullayev: "Kadr islahatları priotetdir. Bir çox sahələrdə kadr dəyişikliyi baş verdi. İT-dən tutmuş təhcizata qədər bir çox sahələrdə dəyişikliklər yaşandı. Texniki direktor Cahangir Həsənzadənin vəzifədə son günüdür. Növbəti aylarda yeni texniki direktor təyin olunacaq. Başqa sahələrdə də dəyişikliklər yaşanacaq.

Rövşən Nəcəf: Kadr islahatları sonsuz, daimi olan prosesdir. Heç bir qurumda, təşkilatda kadr dəyişikliyini başa çatdırmaq mümkün deyil.

Futbolun inkişafından  razısınızmı?

R.Nəcəf: "Futbol azarkeşi kimi cavablandırım. Tam razı olacağım gün inşallah, bizim milli komandamızın dünya çempionatının final mərhələsində oynayacağı gün olacaq. Böyük hədəflər qoyub, ardınca getməliyik. Mənim fəaliyyətim dövrümdə millimizin bir turnirin əsas mərhələsində iştirakını görmək istəyirəm. Azarkeş kimi desəydim, əzmkarlığı görəndə, mübarizliyi görəndə bir azarkeşi sevindirən hallar bu olardı.

Ayrılan vəsaitin uşaq futboluna yönəldilməsində bəzi klublarda sui-istifadə hallarına yol verilir. AFFA tərəfindən bun nəzarət necə tətbiq olunur?

R.Nəcəf: "Klublara ayrılan vəsait AFFA-nın vəsaitidir. Hər bir klub vəsaitin istifadəsi ilə bağlı hesabat təqdim edir. AFFA tərəfindən istifadəyə nəzarət icra olunur. Uşaq futbolunun, akademiyaların səmərəli fəaliyyətinə diqqət ayrılır, daimi klublar ilə müzakirələr, fikir mübadiləsi aparılır. Sizdə məlumat varsa ki, hansı klubda düzgün istifadə olunmur, bizimlə bölüşsəniz minnətdar olarıq. Bizim əsas məqsədimiz şəffaflığı təmin etməkdir.

– İnkişaf strategiyasında infrastruktur məsələsi zəif qalır.

R.Nəcəf: "U20 dünya çempionatının Azərbaycan, "Qatabağ"ın tarixi nailiyyətləri, azərbaycanlı futbolçuların xarici liqalarda çıxışı, qadın və uşaq futbolunun inkişafı – bunlar strategiyada nəzərdə tutulan tədbirlər ilə üst-üstə düşür. İnfrastruktur ən ağrılı yerlərdən biridir. Bunun üçün böyük vəsait tələb olunur. Ölkə futbolunda klubların mükafatları daha çox oyunlara görə AFFA-nın verdiyi vəsaitlər və avqokuboklardan əldə edilir. Klubların gəlirləri artırması, marketinqin düzgün inkişafı, sponsorlar cəlb edilməsi halında infrastruktura xüsusi diqqət və dəstək veriləcək. Mövcud büdcə və vəsaitdən bu problemlərin həllini tapması gerçək görünmür. Cəlb edilən vəsaitlərin artırılması istiqamətində görülməsi gərəkən işlər çoxdur.

Premyer Liqada öz stadionu olmayan klub çıxış etməməlidir, fikrinə münasibətiniz necədir?

R.Nəcəf: Klubların standartlara uyğun şəkildə və adları keçən bölgələrdə oynamaqları üçün müəyyən müzakirələr aparılır. Bu, gələn mövsüm yox, növbəti illərdə nəzərdə tutula bilər. Bu istiqamətdə İcraiyyə Komitəsində də müzakirələr aparılır, qərarlar veriləcək. Burada incə balans var. İnfrastruktur səmərəliyi üçün addım atanda düşünərək qərar verməliyik ki, uğurlu çıxış edən klubu çempionatdan uzaqlaşdırmayaaq. Yaxın zamanlarda müvafiq qərarlar veriləcək.

–Klub sayı 14-ə artırılacaq?

R.Nəcəf: Prinsipcə müzakirə mövzususu ola bilər. İnfrastrukturun hazırlığının həllini bitirməliyik ki, klub sayını artıraq.

– Kadr çatışmazlığının həlli yolunu nədə görürsünüz?

R.Nəcəf: Futbolda da davamlı yeni kadrlar, peşəkarların yetişdirilməsinə ehtiyac var. Bu, bütün futbol ekosisteminin zəncir halqalarını əhatə edən bir məsələdir. Hakimlərdən tutmuş, tibbi personala qədər, uşaq futbolunda çalışan psixloqlardan məşqçi müəllimlərə qədər yeni kadrların hazırlanması birinci məsələdir. İkinci kadrların peşəkarlıq səviyyəsinin artırılmasə, üçüncü isə bu sahəyə marağın saxlanılaması hədəflər arasındadır.

İcraiyyə Komitəsinin iclasları sürpriz olaraq keçirilir, qərarlar sonradan açıqlanır, media iştirak edib, geniş məlumat ala bilmir. Bunu tənzimləmək mümkündür?

R.Nəcəf: AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil. Daim suallarınızı verə bilərsiniz. İcraiyyə Komitəsi var, baş icraçı katibi, mətbuat katibi var. İclasın hansı binada keçirilməyinin verilən qərarlara təsiri arasında əlaqəni görmürəm. Nəyə görə bu, yalnız bir yerdə olmalıdır?! Əsas müzakirələrin dərinliyi, peşəkarlığı və verilən qərarlardır.

–A millinin qalib gəldiyi son 2 oyununda sizi görmədik. AFFA prezidenti olaraq orada olmamağınız nə ilə əlaqədardır?

 

R.Nəcəf: Digər fəaliyyətimlə əlaqədar Azərbayacanda yox idim, bununla əlaqədar idi. Digər oyunlara da gedirəm, elə olur ki, bundan xəbəriniz olmur. Lakin hansı oyuna getməyimi işıqlandırmağı və mətbuata açıqlamağa mətbuata bildirmirəm. Bu, mənim peşə fəaliyyətimdir. Bunu işıqlandırmağa lazım görmürəm, şəxsi fikrimdir, səhv də ola bilər.

–AFFA İntizam Komitəsinin klublara verdiyi cəzalardan klublar narazıdır. Təkcə “Neftçi” azarkeşlərin davranışına görə 100 000 manatdan çox cərimə ödəyib. Sanki AFFA İntizam Komitəsi klubları soyur. Bu məsələyə mövsümün sonun yenidən baxılması, cəzaların azaldılması mümkündürmü?

R.Nəcəf: İntizam Komitəsi öz fəaliyyətində müstəqildir. Komissiyanın qərarlarına müdaxilə etmirik, appelyasiyaya müraciət edib, etiraz edə bilərlər. Klubları soyur deyirsiniz, klublara əsas vəsait AFFA-dan gəlir (gülür). Gələn vəsait yenə klublara qayıdır, klublara paylanır.

–PFL-nin ləğv olunması yönündə xəbərlər dolaşır. Nə dərəcədə doğrudur?

R.Nəcəf: PFL AFFA ilə müqavilə əsasında müxtəlif yarışlar keçirən qurumdur. Bizim aramızdakı münasibətlər müqavilə əsasında tənzimlənir. Müqavilə imzalanıb, fəaliyyət davam edir. Gələcəkdə dəyişməsi, əlavə funksiyaların azalması və artırılması dəyişə bilər. PFL AFFA-nın ötürdüyü funskiyaları icra edir. Bu da təbii prosesdir.

–Ağsu şəhər stadionun Premyer Liqa standartlarına gətirilməsi nəzərdə tutulub. Yalnız orada “Difai” oyunlarını keçirir və klubun yüksək liqaya yüksəlməsi indiki halda mümkün deyil. Stadion ev oyunlarını keçirmək istəyən digər klublar üçün hazırlanır?

R.Nəcəf: "Azərbaycan futbolu yalnız Premyer Liqadan asılı deyil. AFFA çalışır ki, regionlarda stadionlar təmir olunsun. Bunu yalnız Premyer Liqanı təkmilləşdirmək üçün görmürük. Bölgələrdə zəruri infrastrukturun yaradılması yönündə görürük. Futbol yalnız Premyer Liqa demək deyil. Regionlarda futbolun inkişafı və marağın artması yönündə diqqət ayırmalıyıq.

 

C.Fərəcullayev: Biz indi keçid dövründəyik və əlimizdə olan hər bir imkandan istifadə etməliyik. Ağsu stadionu AFFA-nın tərkibində olan sistemdədir. Bunun üçün gələcəkdə Premyer Liqada istifadəsi,  regionda baş tutacaq uşaq futbolu turnirləri və s. məsələlər üçün istifadə olunacaq.

 

–Futbolumuzda bir neçə məşhur, yaşlı, işsiz qalan kadrlar var. Yaxşı, Tərlan Əhmədov çətin adamdır, bəs Mahmud Qurbanov, Nazim Süleymanov və digərləri üçün yer tapılmır?

R.Nəcəf: Azərbaycan futbolu şəxsiyyətlərinin köməyindən istifadə etməyə davam edəcəyik. Qəbul edək ki, biz karyerasını başa çatdıran hər bir futbolçunu işlə təmin edə bilmərik. Bu klubların, futbol icmasının işidir. Biz əlbəttə ki, bu yöndə fəaliyyətimizi davam etdirəcəyik, lakin AFFA tərəfindən bunun 100% zəmanətini verə bilmərik. Biz hansı meyar ilə bu keçmiş oyunçulara şərait yaradıb, digərlərinə yaratmayaq? Bütün karyerasını bitirənlərə şərait ayartmaq istırdik, lakin bu, mümkün deyil. Biz mümkün qədər onların təcrübə və biliklərindən istifadə etməyə çalışacağıq.

–Legioner limitinin ləğvindən sonra çox müzakirələr oldu. Bu bir il müddətində nəyin dəyişdiyini təxmin edirsiniz?

R.Nəcəf: "Məncə çempionatın maraqlı keçməyi, klubların beynəlxalq arenalarda uğurlu çıxışı sualın cavabıdır. Statistik olaraq da izləyirik. Azərbaycanlı futbolçuların oyun vaxtı ilə baxanda cəmi 13-14% azalma var. Lakin oyun keyfiyyəti, rəqabət artıb. Bunu 2 il əvvəl ilə müqayisə etmək düz olmazdı.

–Klublara gələn vəsaitin infrastruktura cəlb olunması AFFA tərəfindən tələb olunacaq?

R.Nəcəf: Ayrılan vəsaitin bir hissəsinin infrastrukturun təkmilləşdirilməsi və standartlara uyğunluq qərarlarının sərtləşməsi tələbi davam edirik. Bu yalnız AFFA hesabına çətin görünür. Klubları özəl sponsor və sektorlar ilə işləməsinə təşfiq edirik.