AZ

ABŞ NATO-dan çıxmayacaq - Medvedev

ABŞ NATO-dan çıxmayacaq, çünki bunun üçün heç bir səbəb yoxdur və Konqres buna icazə verməyəcək.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın NATO-ya qarşı ritorikası tamamilə şok effekti yaradıb. Ancaq Konqres buna icazə verməyə bilər.

"Şimali Atlantika Alyansı daxilində Yaxın Şərqdəki münaqişə ilə daha da kəskinləşən ziddiyyətlər var və Avropa siyasətçiləri, xüsusən də Brüsseldə , Aİ daxilində tamhüquqlu hərbi komponent yaratmağı ciddi şəkildə nəzərdən keçirirlər", - deyə siyasətçi vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr