İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) amerikalı uçuş mühəndisləri və döyüş pilotlarının toplandığı "gizli bir nöqtənin" ballistik raketlərlə vurulduğunu iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu tərəfindən edilən rəsmi açıqlamada bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərindəki bazalarından birinin xaricində, amerikalı uçuş mühəndisləri və döyüş pilotları üçün gizli bir görüş yeri ballistik raketlərlə tam dəqiqliklə vurulub:
“Sahədən alınan məlumatların və müşahidə edilən intensiv təcili yardım maşınlarının hərəkətliliyinin hücum nəticəsində çox sayda ölü və yaralı olduğuna işarə edir”.