AZ

Sığorta əmsalının artırılması taksi qiymətlərinə ciddi təsir etməyəcək Xalid Kərimli

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Məlum olduğu kimi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək. Mən bu dəyişikliyi dəstəkləyirəm. Taksilər daha intensiv istifadə olunur. Bu nəzərə alındığı üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub”.

İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklərə minasibət bildirərkən deyib. Onun sözlərinə əsasən, sığorta əmsalının artırılması taksi qiymətlərinə ciddi təsir etməyəcək:

“Qeyd edim ki, taksilərin qiyməti rəqabət nəticəsində formalaşır. Buraya taksilərin sayı, sifarişlərin həcmi və digər amillər daxildir”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
525.az

1Mənbələr