2025–2026-cı tədris ilində peşə təhsili müəssisələrinə qəbul edilən tələbələrin sayının 27 min nəfərə çatacağı gözlənilir. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, 2020–2021-ci tədris ilində 15 min olan qəbul sayı 2024–2025-ci illərdə 25 minə yüksəlib.
Qeyd olunub ki, ali təhsilə keçid imkanı verən yüksək texniki peşə təhsili (subbakalavr) üzrə artıq 8 min nəfər qəbul edilib.
Nazir müavini bildirib ki, peşə təhsili alan hər üç nəfərdən ikisi regionlarda yerləşən təhsil müəssisələrində oxuyur.
Eyni zamanda, dövlət sifarişi ilə ayrılan yerlərin sayı son dörd ildə 50% artaraq 2025–2026-cı tədris ilində 22 mindən çox olub.
Gülnar Nazimqızı