AZ

"Azərbaycanda təhsil müəssisələri ilə bağlı problem qalmayacaq" - Kənan Kərimzadə

“2020-ci ildə bizim təxminən 900-dən bir qədər çox qəzalı və ya şəraitsiz məktəbimiz var idi”.

Redaktor.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər mövzulu" media turun təqdimatı zamanı bildirdi.

O, “qəzalı” anlayışından da bəhs etdi: 

“”Qəzalı” anlayışını biz həm şəraitsiz, həm də qəzalı elementləri olan məktəblər üçün istifadə edirik. Bu gün isə son beş-altı ildə görülən işlər nəticəsində bu say təxminən 400-ə qədər azalıb.
Amma ümid edirik və bununla bağlı fiskal çərçivəmiz də mövcuddur, növbəti strategiya sənədində də qeyd olunub ki, 2030-cu ilə qədər demək olar ki, Azərbaycanda təhsil müəssisələri ilə bağlı problem qalmayacaq. Eyni templə davam etsək, hər il təxminən 70–100 təhsil müəssisəsinin şəraitini yaxşılaşdırsaq, bu problemi həll etmiş olarıq. Bu da yəqin ki, 2026–2030-cu illəri əhatə edən strategiya sənədində öz əksini tapacaq”.

Nuriyyə NATİQQIZI

Seçilən
40
redaktor.az

1Mənbələr