AZ

Azərbaycanda 41 min tələbə peşə təhsili alır

Azərbaycanda 79 peşə təhsil müəssisəsi fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda media nümayəndələri üçün keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 79 peşə təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə ümumilikdə 41 minə yaxın tələbə təhsil alır.

Tələbələrə 159 ixtisas üzrə təhsil almaq imkanı yaradılıb. Eyni zamanda, peşə təhsili sistemində tədris prosesinə 3,5 minə yaxın pedaqoji heyət cəlb olunub.

Kərimzadə vurğulayıb ki, bu göstəricilər ölkədə peşə təhsilinə marağın artdığını və sahənin inkişaf etdiyini göstərir.

Seçilən
21
azedu.az

1Mənbələr