AZ

Nazir müavini: Qadınların peşə təhsilindəki iştirakı 40%-ə çatıb

Elm və Təhsil Nazirliyinin nazir müavini Kənan Kərimzadə bildirib ki, 2020-ci ildə peşə təhsili müəssisələrində təhsil alanların 32 faizini qadınlar təşkil etdiyi halda, hazırda bu göstərici 40 faizə yüksəlib.

Nazir müavininin sözlərinə görə, qadınlar hazırda peşə təhsili müəssisələrində 127 ixtisas üzrə təhsil alırlar.

Qeyd edək ki, Kənan Kərimzadə bu barədə Lənkəran və Cəlilabad Peşə Təhsil mərkəzlərinə təşkil olunan infotur zamanı məlumat verib.

Seçilən
17
aznews.az

1Mənbələr