AZ

“Milli komandamızın böyük turnirdə oynadığını görmək azarkeş kimi məni sevindirəcək” – Rövşən Nəcəf

AFFA-nın Hesabat konfransının ardından qurumun prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavabladı.

- Premyer-liqadakı oyunlarda hakimlərlə bağlı ciddi problemlər olduğu deyilir. Bu barədə fikirləriniz necədi? Məşqçilər şikayətlənir ki, təsir edə bilmirik. Bu barədə strategiya planlaşdırılır?
- Hakimlər emosiyaları nəzərə almır. Təzyiqə baxmayaraq, qərarları dəyişməmək məni sevindirir. Bir məşqçi dəyiş desə, dəyişsə... Hakimlərin qərarlarının dəyişməsi müzakirəyə bağlı məsələdi. Xətalar olur. İndiki mərhələdə xətasız oyunlar olması, məncə, mümkünsüzdü. Hakimlərin inkişafı əsas məqsədlərimizdəndi.

- Qurban Qurbanov nadir hallarda İcraiyyə Komitəsinin iclaslarında iştirak edir. Az iştirak edirsə, bununla bağlı tədbir görəcəksiz?
- Komandanın oyun qrafiki imkan verəndə iştirak edir. Fikir mübadiləsi aparır. Rəsmi görüş olmadan da bu baş verir. Qurban müəllim Azərbaycan futbolunun inkişafı ilə bağlı dəyərli fikirlərini, təkliflərini deyir.

- Kadr islahatının olacağını demişdiz. Bu davam edəcək?
- Kadr dəyişikliyi sonsuz islahatdı. Heç bir qurumda kadr dəyişikliyi başa çatmır.

- Azərbaycan futbolunun azarkeşi kimi cavab verin: milli səviyyəsində uğur olmagımız sizin üçün nədi?
- Azarkeş kimi cavablayım: milli komandamızın DÇ-nin final mərhələsində oynayacağı gündü. Böyük hədəflər qoymalı, buna doğru getməliyik. Milli komandamızın böyük turnirdə oynadığını görmək azarkeş kimi məni sevindirəcək.

- İnfrastrukda qlobal dəyişikliklər gözlənilir?
- İnfrastrukturun tam dəyişdirilməsinə zaman və böyük vəsait lazımdı. Mövcud büdcədən çıxış edərək bütün problemləri həll etmək mümkün görünmür. Stadionlara sponsor adının verilməsi və başqa yollarla sponsor cəlb etmək mümkündü.

- Sizcə, gələn mövsümdən elita komandalarının sayını artrımaq olar?
- Bu istiqamətdə müzakirə aparılır. İcraiyyə Komitəsinin iclaslarının birində bu barədə qərar verməyi düşünürük. İnfrastuktur səmərəliliyin atrırılılmasını balanslaşdırılımış şəkildə verməyə çalışırıq. Rəqabətədavamlı olan komandanın uzaqlaşdırılması da düzgün olmaz.

- Kadr çatışmazlığı problemi də var. Həll yolunu necə düşünürsüz?
- Düzdü, futbolda da kadrların peşəkarcasına yetişdirilməsinə ehtiyac var. Futbolun ekosistemi ilə bağlı suallar verilir. Hakimlərdən tutmuş tibbi personala qədər, məşqçilərə, təlimçilərə qədər daim yeni kadrların hazırlanması, təkmilləşdirilməsi, saxlanılması əsas hədəf kimi qalır. UEFA və FİFA-nın tədbirlərində də bu haqda danışılır. Peşəkar hakimlərin sayının azalması müşahidə olunur. Bununla bağlı xüsusi proqramlar təşkil olunur.

- İcraiyyə Komitəsinin iclasları qapalı keçirilir. Niyə mediaya açıq olmur? Rəhbərlik səviyyəsində görüş üçün sizi ildə bir dəfə görürük. Bu görüşü tez-tez etmək olmazmı?
- AFFA-nın rəhbərliyi təkcə Rövşən Nəcəf deyil. Mətbuat katibimiz var. İstənilən suallara cavab verir. Verməsə, soruşarsız. İcraiyyə Komitəsinin hansı binada keçirilməsinin verilən qərarlara təsirini görmürəm. Görürsüzsə, siz deyin. Əsas gedən müzakirələrdi. İldə bir dəfə dediyiniz iradı qəbul edirəm. Daha çox olacağını planaşdırıram. Mən sizin fikrini öyrənmək istəyirəm. Kadr dəyişikliyi idman jurnalistikasına da aiddi. Gənc idman jurnalistləri necə yetişdirilməlidi?

- “FİFA Series”də stadiona gəlməmişdiz. Üzürlü səbəbiniz var idi?
- O dövrdə digər fəaliyyətimlə bağlı ölkədə deyiləm. Hər oyunu işıqlandırmağı düzgün hesab etmirəm. Mən olduğum oyunlardan şəkil paylaşmıram.

- İntizam Komitəsinin cərimələrinin çox olmasından bütün klublar narazıdı. “Neftçi” azarkeşlərinə görə 100 min cərimələnib.
- Müstəqil komitədi, narazı olan qurumlar şikayət edə bilər. Klubları “soyur” deyirsiz. Amma maliyyəni də çox hissəsini AFFA verir.

- Son vaxtlar şayiələr gəzir ki, yayda PFL ləğv olunacaq və əvvəlki kimi bir kabinetdən ibarət quruma çevriləcək. Bu nə dərəcədə doğudu?
- PFL AFFA ilə müqavilə əsasında, AFFA-nın verdiyi səlahiyyət əsasında yarış keçirir. PFL ilə AFFA arasında münasibətlər müqavilə əsasındadı. Fəaliyyət davam etdirilir.

- Bu gün Hesabat Konfransında 26 milyon vəsaitin SOCAR-dan daxil olduğu göstərildi. Sizdən əvvəlki dönəmdə SOCAR-a Rövnəq Abdullayev rəhbərlik edirdi. Hər il ən azı 20 milyon vəsait SOCAR-dan sponsorluq müqaviləsi kimi göstərilir. Siz SOCAR və AFFA rəhbəri olandan sonra əvvəlki illərin hesabatına dair yoxlamalar aparılıb?
- Xeyr, əvvəlki dövrlərdəki məsələlərə görə araşdırılma nəzərdə tutulmayıb.

- Ağsu stadionunun premyer-liqa standartlarına gətiriləcəyi deyildi. Bu stadion “sürgün həyatı” yaşayan "İmişli" üçün hazırlanır?
- Azərbaycan futbolu yalnız premyer-liqadan ibarət deyil. Bütün regionlarda inkişaf bərabər səviyyədə aparılmalıdı. Regionlarda olan standartların keyfiyyətinin yaxşılaşdırılmasına çalışırıq. Yanaşmamız o deyil ki, yalnız elitada oynayan klubların stadionlarını düzəldək. Regionlarda futbolun inkişafı və marağın artırılması üçün işləyirik.

- Legioner limitinin ləğvi ilə bağlı tənqidi fikirlər də səsləndirildi. Bu qərar bir il müddətində nə qədər effektli olub?
- Məncə, çempionatın daha maraqlı keçməsi, klubların beynəlxalq arenada daha uğurlu çıxış etməsi suala cavabdı. Statistikaya da baxırıq. Limitin ləğvindən əvvəl və sonra azərbaycanlı futbolçuların oyun vaxtına baxanda 13-14 faiz azalma var. Bunun sayəsində oyun keyfiyyəti və rəqabət artıb. Legioner və yerli futbolçular arasında da rəqabət var. Düzgün qərar verdiyimizi düşünürəm. Davamlı nəzarət edib nəticələri görmək olar.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
31
1
football-plus.az

2Mənbələr