AZ

Diş müalicəsinin gecikməsi hansı fəsadlara səbəb olur? - HƏKİM AÇIQLADI

“Diş müalicəsinin gecikməsi kariyesin dərinləşməsinə səbəb olur. Kariyesin üç növü vardır: səthi, orta və dərin. Vaxtında müdaxilə edilmədikdə səthi və ya orta kariyes dərin kariyesə çevrilə bilər. Müalicə edilmədən təxirə salınan diş problemləri iltihab səbəbindən pulpanın quruluşunun pozulmasına və problemin daha da böyüməsinə gətirib çıxarır”.

Bu sözləri SİA-ya açıqlamasında stomotoloq Anar Nəbizadə deyib.

O bildirib ki, sonrakı dövrlərdə dişdə yaranan bakteriyalar ətraf dişlərdə infeksiya əmələ gətirə bilər və bu, bütün ağız sağlamlığını təhdid edən bir vəziyyət yaradır:

“Kariyes diş minasını zamanla pozmağa başlayanda diş ağrıları meydana çıxır. Tədricən kariyesli dişin içərisindəki damar və sinirlərdən ibarət olan pulpanın strukturuna təsir edir. Pulpanın özünü bərpa edə bilməməsinin əsas səbəbi diş çürüməsinə səbəb olan bakteriyaların istehsal etdiyi turşuların təsiridir.

Belə hallarda vaxtsız diş ağrıları, isti və soyuğa qarşı həssaslıq, gecə ağrıları yaranır. Bu əlamətlər hiss edildiyi anda diş həkimində müayinə olunmalı və gecikmədən müvafiq müalicələr aparılmalıdır”.

Ayşən Vəli

Seçilən
16
1
sia.az

2Mənbələr