Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkədən 44,6 milyon ABŞ dolları dəyərində 20,3 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 12,6 dəfə, həcm olaraq isə 7,9 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk iki ayında ölkədən dəyəri 529,49 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 8,43 faizə bərabər olub.