AZ

"Hər görüşəndə "Sizin pərəstişkarınızam" deyirdi" - VİDEO, FOTO

Əməkdar artist Lalə Məmmədova mərhum Xalq artisti Rasim Balayevlə arxiv görüntülərini paylaşıb. 

Musavat.com xəbər verir ki, müğənni məclislərdə çəkilən foto və videolarını bölüşüb. 

Lalə Məmmədova paylaşımına "Hər görüşəndə "Sizin pərəstişkarınızam" deyib, məni utandırardı. Məkanınız cənnət olsun, böyük sənətkar. Sizinlə bir dövrdə yaşamaq şansını bizə verdiyi üçün tanrıya minnətdaram" sözlərini yazıb. 

Qeyd edək ki, Rasim Balayev bir neçə gün əvvəl İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. 

Könül
Musavat.com

Seçilən
28
14
musavat.com

10Mənbələr