İran yalnız müharibəyə tamamilə son qoymağa razılaşacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Qahirədəki İran diplomatik nümayəndəliyinin rəhbəri Müctəba Firdovsipur “RİA Novosti”yə bildirib.
"İran müharibəyə yalnız atəşkəs deyil, tam son qoymaq istəyir", - deyə o bildirib.
Qeyd edək ki, martın 31-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran sadə atəşkəsə razılaşmayacaq, Tehran bütün Yaxın Şərqdə müharibəyə tamamilə son qoymağa çalışır.
Nazir Tehranın şərtlərini də açıqlayıb: İrana hücumların təkrarlanmayacağına zəmanət və dəyən ziyana görə kompensasiya.
Bizim.Media