AZ

Qaynaqçılarımız və zərgərlərimiz Şanxaya gedir

"Regionlarda peşə təhsilinin imkanları və perspektivləri ilə bağlı son statistik göstəricilər bu sahəyə marağın kəskin artdığını ortaya qoyur". 

Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2020-2021-ci tədris ilində peşə təhsili müəssisələrinə cəmi 15 min nəfər qəbul olunmuşdusa, 2025-2026-cı il üzrə bu rəqəm 27 minə çataraq rekord səviyyəyə yüksəlib.

Nazir müavini qeyd edib ki, dövlət dəstəyi də bu artıma paralel şəkildə genişlənir:

"Son 4 ildə dövlət sifarişli yerlərin sayı 50 faiz artırılıb və cari ildə 22 mindən çox tələbə dövlət hesabına təhsil almaq imkanı qazanıb. Yüksək texniki peşə təhsili istiqamətində də ciddi irəliləyiş var. Hazırda 8 min nəfər subbakalavr səviyyəsini seçib ki, bu da onların gələcəkdə ali təhsil müəssisələrinə birbaşa keçid imkanlarını genişləndirir".

Nazir müavini əlavə edib ki, peşə təhsilində ixtisas seçimi də xeyli genişlənib:

"Hazırda aşpazlıqdan dəmir yolu texnologiyalarına qədər müxtəlif sahələr üzrə kadr hazırlığı həyata keçirilir. Bununla yanaşı, Azərbaycan peşə təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində də addımlar atır.  Kibertəhlükəsizlik, 3D oyun sənəti, zərgərlik, qaynaqçılıq və avtomobil texnologiyaları kimi müasir sahələr üzrə seçim turları keçirilir. Seçilən iştirakçılar 2026-cı ildə keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq yarışlarında ölkəmizi təmsil edəcəklər".

Şahanə Rəhimli
Musavat.com 

Seçilən
11
musavat.com

1Mənbələr