AZ

“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a verilən məlumata görə, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində nazirlik “e-Sosial” mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərini “mygov” platformasına inteqrasiya prosesini bitirmək üzrədir.

Proses aprelin sonunadək tam yekunlaşacaq və mayın 1-dən “e-Sosial” tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq. Bununla da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-xidmətləri “mygov” platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub.

Eyni zamanda, quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və həmin xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan - “mygov”dan təqdim edildiyi nəzərə alınmaqla “e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır.

Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsallaşdırıb.

Eləcə də həmin xidmətlərin 50-dən çoxunu proaktivləşdirib, habelə informasiya sistemlərini Hökumət Buludu (G-cloud) infrastrukturuna köçürən ilk dövlət qurumu olub.

Seçilən
28
27
hafta.az

10Mənbələr