AZ

Gənc rəssamlarımız İtaliyada- FOTOLAR

Gənc rəssamlarımız İtaliyada- FOTOLAR

22-23 mart 2026-cı il tarixlərində Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində 17-ci əsrə aid “Palazzo Mandrilli”də yaratdığı Qalereyada növbəti sərgilər silsiləsi keçirilib. Bu sərgilər “Novruz Festivalı” adı ilə Novruz Bayramına həsr olunub.

AFN.az Tribuna.az-a istinadən xəbər verir ki, festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilib. Məqsəd xalqımızın milli bayramı haqqında İtaliya ictimaiyyətinə ətraflı məlumat vermək və Azərbaycanlı rəssamların əsərlərini tanıtmaq idi.

Festivalın açılışında Cassine şəhərinin meri cənab Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspor nümayəndələri iştirak edib.

Novruz Festivalı çərçivəsində üç sərgi (“Kontrast”, “Sabahın izləri”, “İşığa doğru”) Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət idi. Digər iki sərgi – “NovruzFest” və “Sərhədsiz rənglər” isə uşaqların və digər rəssamların qrup sərgisi kimi təşkil olunub.

Xüsusilə qeyd etməliyik ki, “İşığa doğru” sərgisi Azərbaycan təsviri sənətinin yetkin və peşəkar nümayəndələrini bir araya gətirən mühüm sənət hadisəsidir. Sərgidə rəngkarlıq, heykəltəraşlıq və keramika sahələrini əhatə edən əsərlər nümayiş olunub. Sərginin kuratoru və bədii rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının baş müəllimi Roza Həsənovadır.

Sərgidə iştirak edən yaradıcı heyət və əsərləri:

Roza Həsənova – “İz” kompozisiyası;

Nilgün Əskərzadə – “Yay buketi”;

Çinarə Şükürova – “Çinar ağacı – Ruhumun kökləri”;

Elnarə Əliyeva Vəlizadə – “Ənənə”;

Nilufər Quluzadə – “Zərrin”;

Mərziyə Kərimli – “Saxsıda güllər”;

Nisə Cəfərova – “Toskanada gözəl səhər”;

Aysel Afanasyeva – “Çiçəklənmiş həyat”;

Rachel Ziyad – “Balıqlar”;

Aydan Şahbazlı – “Ənənənin nəfəsi”;

Ulya Abdullayeva – “Mənzərə”;

Esmira Xəlilova – “Zamanın kənarında”;

Esmira Heydərova – “Çini qablarla natürmort”;

Türkan Bayramova – “Başlanğıc”;

Şəbnəm Talıbova – “Nar irsi”;

Günay Məmmədova – “Baxışlardan hekayə”;

Günay Hacıyeva – “Güllər-Natürmort”.

Qalereya Palazzo Mandrilli Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Piemont regionunda İtaliya-Azərbaycan arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirir.

Seçilən
41
9
afn.az

10Mənbələr