AZ

Tramp ABŞ-yə idxal olunan dərmanlara yeni tariflər tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp xarici istehsalçıları ölkədə istehsal qurmağa razılaşdırmadıqları təqdirdə idxal olunan dərmanlara 100% tarif tətbiq edəcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, yalnız istehsalı ABŞ-yə köçürən şirkətlər üçün tarif 20%, hər iki şərtə əməl etməyənlər üçün isə 100% olacaq. Böyük şirkətlərə 120, kiçiklərə isə 180 gün müddət veriləcək.

Avropa Birliyi, Yaponiya, Cənubi Koreya və İsveçrədə istehsal olunan dərmanlarda tarif 15%-lə məhdudlaşdırılacaq. Polad, alüminium və mis məhsullarına tətbiq edilən tariflər isə metal tərkibinə görə 25%-ə endiriləcək və minimal metal tərkibli məhsullarda ləğv ediləcək.

Yeni tədbirlər fevral ayında ləğv edilmiş əvvəlki tarifləri qismən əvəz edir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr