AZ

Azərbaycan məhkəməsi Avropa məhkəmələri ilə əməkdaşlıq edir

Bakı. Trend:

Niderland Krallığının Maastrixt şəhərində Ədalət MühakiməsininSəmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) pilot məhkəmələrşəbəkəsinin 19-cu plenar iclası keçirilib.

Trend xəbərverir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvü, Avropa Şurasınınpilot məhkəmələr şəbəkəsinə daxil olan Bakı ApellyasiyaMəhkəməsinin sədri Mübariz Əkbərov iştirak edib.

Tədbirin plenar sessiyasında CEPEJ-in fəaliyyətində pilotməhkəmələrin rolunun, eləcə də təşkilatın 2025-ci ildəkinailiyyətlərinin və 2026-cı il üçün prioritetlərinin müzakirəsi baştutub, “Ədalət Mühakiməsinin Kristal Tərəzisi” mükafatınıntəqdimatı edilib. Sözügedən iclasda həmçinin son qəbul edilmişCEPEJ alətləri barədə pilot məhkəmələr məlumatlandırılmış, tədbiriştirakçılarının təşkilatın cari fəaliyyətinə dair fikirləridinlənilib.

İclas çərçivəsində təşkil olunan seminarda Bakı ApellyasiyaMəhkəməsinin sədri Mübariz Əkbərov Azərbaycanın müasir məhkəməsisteminin məhkəmə-hüquq islahatları sayəsində dövrün tələblərinəmüvafiq surətdə inkişaf etdiyini bildirərək, hakimlərin peşəkarlıqsəviyyəsini müəyyən etməyə imkan verən keyfiyyət və kəmiyyətgöstəriciləri ilə bağlı yerli qanunvericiliyə edilmiş sondəyişikliklər, Məhkəmə-Hüquq Şurasının yeni təsdiq etdiyi“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları vəmetodologiyası”nda əks olunan keyfiyyət meyarları, Azərbaycanməhkəmələrində “Elektron məhkəmə” informasiya sisteminin yeniversiyasının tətbiqi, üstünlükləri və yaxın müddətdə istifadəyəveriləcəyi, habelə süni intellekt və rəqəmsal texnologiyanınməhkəmə işlərində qərəzsizlik, şəffaflıq və məhkəməyə əlçatanlıqbaxımından fayda və riskləri barədə məlumat verilib.

İclasda ümumilikdə məhkəmə proseslərinin avtomatlaşdırılması,məhkəmələrin fəaliyyətinin ətraf mühitə təsiri, müasir məhkəməidarəetməsinin əsas aspektləri və təlim metodları, ədalətmühakiməsinin keyfiyyət göstəriciləri, məhkəmədə rəqəmsallaşma vəsüni intellekt mövzularına dair təcrübə mübadiləsi aparılıb. Tədbirpilot məhkəmələr arasında dialoq və əməkdaşlığın qurulmasına,məhkəmə sisteminin səmərəliliyinin artırılmasına dair ən yaxşıtəcrübələrin öyrənilməsinə xüsusi töhfə verilib.

Seçilən
18
az.trend.az

1Mənbələr