AZ

Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

Bakı. Trend:

Bank Respublika ABA tərəfindən 5 nominasiya üzrəmükafata layiq görülüb.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, ötən ilərzində həyata keçirdiyi sosial və innovativ təşəbbüslər AzərbaycanBanklar Assosiasiyası (ABA) tərəfindən 5 nominasiya üzrə mükafatalayiq görülüb.

Hər il keçirilən müsabiqə çərçivəsində bankların müxtəlifsahələrdə reallaşdırdığı təşəbbüslər müstəqil ekspertlər tərəfindəntəhlil olunur və layihələrin innovativ yanaşması, cəmiyyət üçünfaydası, davamlılığı və effektivliyi əsas qiymətləndirmə meyarlarıkimi çıxış edir.

Qeyd edək ki, Bank Respublika tərəfindən 2025-ci ildə həyatakeçirilən bütün layihələr ekspertlər tərəfindən yüksəkqiymətləndirilərək 5 nominasiya üzrə qalib seçilərək mükafata layiqgörülüb:

  • Korporativ sosial məsuliyyət
  • Maliyyə savadlılığın təşviqi
  • Təhsil sahəsinə dəstək
  • KOB-lar üçün maliyyə əlçatanlığının genişləndirilməsi
  • Beynəlxalq əməkdaşlığın inkişafı

Bu nəticə Bank Respublika-nın sosial məsuliyyətə və dayanıqlıinkişafa verdiyi önəmi, eyni zamanda müasir və innovativ bankçılıqyanaşmasını bir daha nümayiş etdirir.

Məqalədə:
Seçilən
27
3
az.trend.az

6Mənbələr