AZ

"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər

Xəbər verdiyimiz kimi, "PAŞA Bank" nominal nizamnamə kapitalının 5%-i həcmində və ya cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər  (hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd) emissiya edib. 

Səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində təklif olunacaqdır.  Səhmlərin təklif qiyməti abunə yazılışı müddətindən 5 iş günü əvvəl Emitentin internet səhifəsində və anderrayterlər tərəfindən elan ediləcəkdir. Yerləşdirmədən sonra səhmlərin bazar qiyməti və likvidliyi dəyişkən ola bilər və aktiv ticarət bazarı formalaşmaya bilər. 

Hazırda "PAŞA Bank"ın nominal nizamnamə kapitalının məbləği 354 milyon 511 min 800 manatdır (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olmaqla 17 725 590 ədəd səhm).

Səhmlərin yerləşdirilməsi yekunlaşdıqdan sonra yeni səhm təklifi nəticəsində mövcud səhm mülkiyyətçilərinin paylarında gözlənilən dəyişmə ehtimalları:

 

Seçilən
11
1
marja.az

2Mənbələr