AZ

ABŞ ın keçmiş xüsusi səfiri: Ukraynanın da iştirak edəcəyi yeni hərbi ittifaq yaradılmalıdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidentinin keçmiş xüsusi səfiri Kit Kelloq Ukraynanın da iştirak edə biləcəyi yeni kollektiv müdafiə sistemi yaradılmasını təklif edib.

Bizimyol.info xəbər verir ki, o, bu təklifi "Fox News" ilə efirdə səsləndirib.

Kelloq bildirib ki, mövcud NATO strukturu İranla qarşıdurma şəraitində aşağı effektivlik göstərib.

“Ola bilsin, biz yeni NATO, yeni müdafiə strukturu yaratmalıyıq,” – deyə o, ABŞ-ın müttəfiqlərə yanaşmasını yenidən gözdən keçirə biləcəyini və digər tərəfdaşlarla yeni təhlükəsizlik sistemi formalaşdıra biləcəyini istisna etməyib.

Keçmiş xüsusi səfir həmçinin xatırladıb ki, Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə əsasən, ölkələr ittifaqdan çıxmaq üçün bir il əvvəl xəbərdarlıq verməlidirlər.

Yeni struktura potensial iştirakçılar kimi o, Yaponiya, Avstraliya, Almaniya, Polşa və Ukraynanı adlandırıb.

“Mövcud müdafiə ittifaqlarını gözdən keçirmək, bəlkə də Yaponiya və Avstraliya ilə yeni bir ittifaq yaratmaq, həmçinin Almaniya və Polşa kimi döyüşə hazır bəzi Avropa ölkələrini daxil etmək. Hətta Ukrayna da yaxşı müttəfiq kimi öz effektivliyini sübut edib,” – deyə Kit Kelloq bildirib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr