AZ

Bəs FİF nə oldu, AFFA? AFFA yığışdı, amma... Rövşən Nəcəf ın suallarını cavablandırıb

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qurban Qurbanovun telefonla AFFA rəhbərliyinə verdiyi təkliflər harada səsverməyə çıxarılır? 

AFFA-nın bugünki hesabat konfransında AFFA rəsmiləri medianın suallarını cavablandırıb.

Mia.az-ın əməkdaşı AFFA prezidenti Rövşən Nəcəfə suallarla müraciət edib:

-Premyer Liqa oyunlarında hakimlərin qərarına dair mütəmadi şikayətlər səsləndirilir. Həm yarışların baş hakimi, həm də VAR hakimlərinin qərarları mübahisə edilir. Hakim qərarları niyə əksər hallarda dəyişilməz olaraq qalır? Mübahisə etmək mümkün olmur? Heç bir halda etirazlar və narazılıqlar nəzərə alınmır?

-Hakim qərarları ona görə qəbul edilmir ki, sonradan təzyiq edib dəyişdirsinlər. Hər narazılıq və şikayətə görə hakimlərin qərarını dəyişmək nə dərəcədə doğrudu? Hakimlər qərar verərkən kiminsə istəklərini və arzularını nəzərə almır. Əslində bu narazılıqların hakim qərarlarına təsir etmədiyini görmək məni sevindirir. Hakim xətaları olubmu? Bəli, olub. Bu xətaların aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Xətasız oyun olmaz. Gələcəkdə texnologiyadan istifadə etməklə bu xətaların minimuma endirilməsini mümkün hesab edirik və bu istiqamətdə işlər görürük. Onu demək istəyirəm ki, hakimliyin inkişafı da bizim prioritet istiqamətlərdən biridi. Biz deyə bilmərik ki, oyunlar tamamilə xətasız keçilir. Bəzi qərarların qəbulunda xətalar baş verir. Biz də ona görə bu dəyişikliklər və islahatları aparırıq ki, hakimlərin qərarlarının doğruluq səviyyəsi daha da artsın. Maksimum dərəcədə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

-İcraiyyə Komitəsinin keçən ilki fəaliyyəti ilə bağlı məlumat verilmədi. Komitə 2 illik müddətə təyin olunduğu üçün ola bilsin, gələn il, seçki ilində onların gördüyü işlərlə tanış olmaq imkanımız yaranacaq. Amma bu qurum faydalı işlərlə məşğuldu və onları da dinləmək istərdik. Komitə üzvü Qurban Qurbanovun iclaslarda mütəmadi olaraq iştirak etməməsi faktı ilə bağlı soruşmaq istəyirəm ki, komitə üzvünün iştirakçılığının zəif olması ümumi işin faydasına mənfi təsir edirmi? Əgər Qurban müəllim komitənin işində iştirak edə bilmirsə, niyə üzvlüyünü davam etdirir? Belə hallar necə idarə olunur?

- Əslində AFFA-nın bugünki hesabatını elə İcraiyyə Komitəsinin də fəaliyyətinin hesabatı kimi qəbul edə bilərik. Hörmətli Qurban müəllimə gəlincə, onun oyunları və məşqlərinin qrafiki imkan verdiyi hallarda komitənin iclaslarında iştirak edir. Digər tərəfdən, komitədə fikir mübadiləsi və müzakirələr təkcə iclaslar zamanı həyata keçirilmir. İcraiyyə Komitəsinin üzvləri ilə biz daima əlaqə saxlayırıq, rəsmi görüşlər olmadan da fikir mübadiləsi aparırıq. Qurban müəllim bizə futbolun inkişafı, gənclərimizin futbola cəlb olunması, uşaq futbolunun inkişafı və ümumiyyətlə, ölkəmizdə futbolun səviyyəsinin artırılması ilə bağlı daimi görüşürük. İclaslarda iştirak etməsə də, biz danışırıq, o, öz fikirlərini bölüşür, təkliflərini verir. Ona görə mən İcraiyyə Komitəsinin bütün üzvlərinə təşəkkürümü bildirirəm: onlar onların müzakirələrində rəngarəng təkliflərə rast gəlinir, açıq fikirlər səsləndirir və bunun nəticəsində biz Azərbaycan futbolunun inkişafına xidmət edəcək qərarlar verməyə çalışırıq. 

Yeri gəlmişkən, suallarımıza cavabında AFFA prezidenti İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun verdiyi təkliflərin harada müzakirəyə və səsverməyə çıxarıldığını qeyd etməyi unutdu. İcraiyyə Komitəsinin qərarları səsvermə yoluyla qəbul edilməlidi. Qurbanovun distant iştirakı və verdiyi təkliflərinin səsverməsinin formulunu Rövşən Nəcəfdən öyrənmək təəssüf ki, mümkün olmadı.

AFFA rəsmiləri bir qurumun fəaliyyətinə dair məlumatın açıqlanmasını unutdular: Futbolun İnkişafına Dəstək Fondu -FİF. Elə bir qurum ki, keçən hesabat ilində bir sıra region klublarına ciddi dəstək göstərərək, onların böhran vəziyyətinə yardım etmişdi. Onların gördüyü işlərin hesabatda əks olunmaması da təəccüblü gəldi. 

Düşünürəm ki, mən əgər R.Nəcəfdən bunu soruşsaydım, bəlkə də İcraiyyə Komitəsinin fəaliyyəti kimi, FİF-in də gördüyü işlərin elə AFFA hesabatından ibarət olduğunu söyləyəcəkdi. Amma hər qurumun öz fəaliyyət planı və smetası var. Bunları bir-birinə qatmaq bir az dolaşıq məsələ olur. 

AFFA-nın maliyyə və audit hesabatı da müəmmalı oldu. Rəqəmləri təqdimatdan rahat əldə edə bilmədik. Auditin sənədi təqdim olunmadı. Ümid edirəm ki, biz bunu açıq internet resurslarda tapa biləcəyik. 

Zülfiyyə Mustafayeva 

Mia.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
mia.az

1Mənbələr