AZ

Regionda güc balansını dəyişən və saxta “status-kvo”nu dağıdan tarixi mərhələ



"Cənab Prezident İlham Əliyevin “Biz torpaqlarımızı heç vaxt güzəştə getməyəcəyik” bəyanatı milli iradənin qətiyyətlə ifadəsi oldu. Bu milli mövqe milyonlarla insanın qəlbində azadlıq toxumunun cücərməsinə xidmət etdi. Eyni zamanda, istiqlal məşəli qəlblərdə alovlandı və insanları bu ideya ətrafında birləşməyə sövq etdi.

Bu gün isə Aprel döyüşlərinin 10-cu ildönümünü qeyd edirik. Regionda güc balansını dəyişən və saxta “status-kvo”nu dağıdan tarixi mərhələ".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, Aprel döyüşləri illərlə “dondurulmuş münaqişə” kimi təqdim edilən vəziyyətin əsl mahiyyətini ifşa etdi:

"Bu, işğalın qorunmasına xidmət edən siyasi konstruksiya idi. Azərbaycan bu əməliyyatlarla həm hərbi, həm də diplomatik müstəvidə təşəbbüsü qəti şəkildə ələ aldı. Ordunun addımları siyasi iradə ilə uzlaşaraq yeni geosiyasi reallıq formalaşdırdı. Ermənistanın “məğlubedilməzlik” mifı dağıldı, danışıqlar masasında balans dəyişdi. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan üçün ərazi bütövlüyü müzakirə mövzusu deyil dəyişməz strateji xəttdir".

Mərkəz rəhbəri qeyd edib ki, Aprel əməliyyatları sonrakı hərbi-siyasi transformasiyanın əsasını qoydu:

"Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi illərlə qurulan miflər dağıldı. Şəhidlərimizin qanı ilə yazılan bu tarix nə susacaq, nə silinəcək, nə də unudulacaq. Bu, təkcə cəbhə xəttində qazanılan uğur deyil, bütövlükdə dövlət gücünün nümayişidir. Bu gün biz bu mərhələni sadəcə xatırlamırıq onu dövlətçilik iradəsinin konkret nəticəsi kimi qiymətləndiririk".

Süleyman
Seçilən
37
1
newscenter.az

2Mənbələr