ain.az, Gununsesi portalına istinadən məlumat verir.
“Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabrında Naxçıvan müqaviləsi əsasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Sonradan, 14 sentyabr 2019-cu ildə Özbəkistan da quruma üzv olub. Bu beş dövlətə əlavə olaraq Macarıstan, Türkmənistan və ŞKTR timsalında üç müşahidəçi statuslu üzv də TDT-də təmsil olunur”.
Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib:
“Dünya düzənində beynəlxalq qurumların təsir gücünün azalması, BMT daxil, beynəlxalq hüququn tam işləməməsi fonunda regional əməkdaşlıqların rolu artır. Bu baxımdan, TDT qısa müddətdə böyük yol qət edərək dünya miqyasında nüfuzunu yüksəldir, mövqeyini möhkəmləndirir və perspektivlərini genişləndirir.
Aprelin 2-də Bakıda keçirilən TDT Hökumət Başçılarının/Vitse-prezidentinin ikinci görüşü regional və qlobal çağırışlar fonunda üzv dövlətlər arasında dialoqun təşviqi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhliz üzrə rəqəmsal inteqrasiyanın gücləndirilməsi, Zəngəzur dəhlizinin həyata keçirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın təşviqi kimi mövzulara həsr olunub.
Görüş nəticəsində TDT üzv və müşahidəçi dövlətlər arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ticarətdə qeyri-tarif maneələrin aradan qaldırılması, sənaye, yaşıl texnologiyalar, innovasiya, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasının gücləndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq üzrə Birgə Bəyanat qəbul olunub”.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.