AZ

Seçkiöncəsi ritorika: Paşinyan cəmiyyətə nə vəd edir?

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası aparır. Baş nazirin son günlərdə bütün açıqlamalarına, addımlarına məhz bu prizmadan yanaşmaq lazımdır”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Paşinyanın tərəfdarları, sosial bazası ondan nəyi, hansı sözləri eşitmək istəyirsə, baş nazir məhz həmin ifadələri söləyir: 

“Bildirir ki, müharibə səhifəsi artıq qapanıb, münaqişə bitib, bundan sonra gənclər ölməyəcək, insanlar rifah halında yaşayacaq və s. Paşinyanın “sülh artıq “de-yure” əsaslara malikdir” sözü 2025-ci il avqust ayında Vaşinqtonda Bakı və İrəvan arasında sülh sənədinin paraflanması ilə bağlıdır. Ehtimal ki, baş nazir məhz bunu nəzərdə tutur".

Müsahibimiz bildirib ki, Paşinyan tərəfdarlarının gözləntilərinə uyğun siyasət yürütdüyünü göstərməklə, 7 iyunda keçiriləcək parlament seçkisində qalib gəlməyə çalışır. Dediyinə görə, Baş nazir seçkiöncəsi açıqlamaları ilə cəmiyyətin diqqətinə çatdırır ki, o bu zamanadək qeyri-mümkün hesab edilənləri reallaşdırıb:

"Yəni müharibəni bitirib, ölkənin təcridini aradan qaldırıb, Ermənistanı heç bir kənar gücdən asılı olmayan suveren dövlət halına gətirib və s. Ən azından bu istiqamətdə müəyyən addımlar atıldığını vurğulayır. Eyni zamanda köhnə hökumətlərin yanlış siyasət yürütdüklərini, xalqı uçuruma yuvarladıqlarını qeyd edir. Əgər İrəvan hökuməti Konstitusiya tələbini də tam icra edərsə, yekun sülhün imzalanması baş tutacaq”.

Samir Hümbətov, politoloq

Analitik bəyan edib ki, sülhün imzalanması üçün ciddi baza və zəmin var: 

“Amma bu zəmini qoruyub saxlamaq Paşinyanın bundan sonrakı fəaliyyətindən, atacağı addımlardan asılı olacaq. İrəvan hökuməti elə siyasət həyata keçirməlidir ki, sülh prosesi geri dönməz hal alsın".

Samir Hümbətova görə,  təbii ki, sonrakı gedişat həm də 7 iyun seçkilərinin hansı nəticə ilə yekunlaşacağından asılıdır:

"Əgər Ermənistanda hakimiyyət dəyişərsə, revanşist qüvvələr yenidən başa keçərsə, sülhün qalıcı olacağı məsələsi sual altına düşəcək. Ermənistan köklü, oturuşmuş ölkə deyil ki, ona etibar edəsən, bel bağlayasan. İrəvanın dövlət kimi vahid siyasi-ideoloji xətti yoxdur”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr