AZ

Balaxanıda gül festivalı olacaq FOTOLAR

ain.az bildirir, 525.az portalına istinadən.

Bakı Abadlıq Xidmətinin 2019-cu ildə əsasını qoyduğu «Çiçəklənən Abşeron» layihəsi bu il növbəti mərhələyə qədəm qoyacaq.

525.az-ın məlumatına görə, layihənin mahiyyəti budur ki, Balaxanıdan başlayaraq Bakı kəndlərində əsaslı təmir-bərpa işləri aparan Bakı Abadlıq Xidməti məkanların hər birində sosial aksiya həyata keçirib. Pirşağı, Əmircan, Balaxanı, Ramana, Zirə, Maştağa və Novxanıda, o cümlədən Bakıdan kənarda yaşayan minlərlə ailəyə evlərini tərk etmədən iş görüb pul qazanmaq imkanı verib. Layihə bitkiçiliyi, kənd təsərrüfatı emalını inkişaf etdirməklə yanaşı həm də zəhmətkeş sakinlərə bu sahədə təcrübə qazandırıb. Həmin ərazilərdə yaşayan sakinlər müəyyən qazanc müqabilində dibçəklərdə körpə tinglərə qulluq edib bitkilər yetişdiriblər. Yerli əhalinin həssas təbəqəsinə əmanət edilmiş dibçəklərdə yetişdirilən yüz minlərlə bitki sayəsində Pirşağı-Zuğulba yolunda, Zığ şossesi ətrafında geniş yaşıllıqlar yaranıb, parklarda əlvan çiçəkliklər salınıb, kəndlərin hər birində yollar, döngələr çiçəklərlə bəzədilib.

Bakının simasını əsaslı şəkildə yaşıllaşdıran bu təşəbbüs gözəl nəticələr verdi. Lap bu günlərdə elə həmin layihənin davamı olaraq yeni bir işə start verildi - «Balaxanı Gül Mərkəzi» yaradıldı. Məqsəd kəndin bütün küçələrini, parklarını gül-çiçəklə bəzəməklə yanaşı həm də yeni bir layihə həyata keçirməkdir. Nəzərdə tutulub ki, Balaxanıda gül festivalı keçirilsin. Öz evində ən yaxşı gül becərən, ən gözəl dibçək yaradan sakin festivalın qalibi olacaq. Festivalda yalnız gül-çiçək yox, ən fərqli yaxud ən iri həcmli tərəvəz, ən qeyri-adi meyvə yetişdirə bilən sakinlər də bir-birilə rəqabətə girəcəklər.  

Gözəl məkan və sağlam çevrə. Bakı kəndlərinə turizm axınını artıran əsas şərtlərdən biri bunlardır. Bakı Abadlıq Xidmətinin yeni layihəsi də məhz bu missiyaya xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
525.az

1Mənbələr