AZ

TDT ni zəiflətmək istəyənlərin “oxları daşa dəyir” ŞƏRH

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən deyib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır, heç bir problem və anlaşılmazlıq yoxdur.

“Bu  gün burada səslənən fikirlər bir daha onu göstərir ki, təşkilatımızın çox gözəl gələcəyi var. Çünki hər bir üzv ölkə və müşahidəçi ölkə təşkilatımızın güclənməsini istəyir. İstəyir ki, təşkilatımız dünya arenasında daha önəmli rol oynasın və əminəm ki, biz buna nail olacağıq.

Bir məsələni də qeyd etmək istərdim. Bizim təşkilatımızın nadirliyi haqqında mən artıq giriş sözümdə fikirlərimi bildirdim. Bir məsələyə də toxunmaq istərdim, o da çox önəmlidir. Çünki təşkilata üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır. Heç bir problem yoxdur, heç bir anlaşılmazlıq yoxdur və bu da deyə bilərəm ki, dünya təşkilatları arasında nadir bir hadisədir. Çünki biz bilirik dünyada hansı beynəlxalq təşkilatlar var və o təşkilatlar çərçivəsində bəzən bəzi üzv ölkələr arasında ixtilaflar var, qarşıdurmalar var, hətta münaqişələr də var.

Amma bizim nadirliyimiz, - bu, bizim çox böyük ümumi müştərək dəyərimizdir, - odur ki, həm çoxtərəfli, həm ikitərəfli formatda ancaq xoş münasibət, xoş niyyət, bir-birimizə olan dəstək və bir-birimizə olan hörmət və ehtiramdır. Bu, çox böyük dəyərdir. Biz bunu həm qorumalıyıq, həm gələcək nəsilləri bu ruhda tərbiyə etməliyik və təşkilatımızı bütün istiqamətlər üzrə elə gücləndirməliyik ki, illər keçdikcə təşkilatımız dünya miqyasında qlobal aktora çevrilsin. Yenə də deyirəm, buna nail olmaq üçün bütün imkanlar var. Birincisi, bizim birliyimiz, ortaq etnik köklərimiz, böyük coğrafiyamız, enerji resurslarımız, nəqliyyat yollarımızdır. Bu gün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yan keçmək mümkün deyil. Biz investisiya qoymaqla, hər bir ölkə öz ərazisində sərmayə qoymaqla bu coğrafiyanı daha da önəmli bir amilə çeviririk. Əminəm ki, bu gün müzakirə olunan və sizin toplantınızda müzakirə ediləcək məsələlər təşkilatımızın gücünü daha da artıracaq".

Məlum olduğu kimi, TDT son zamanlar xüsusilə inkişaf edir. Bunun əsas səbəblərindən biri də üzv dövlətlər arasında fərqli məsələlərlə bağlı fikir ayrılıqlarının olmaması, həmin dövlətlərin ortaq maraqlar uğrunda çalışmasıdır. Məhz bunun nəticəsidir ki, üzv dövlətlər bir çox sahədə, o cümlədən diplomatiyada, hərbi əməkdaşlıqda, iqtisadiyyatda, humanitar sahələrdə öz sözlərini deyirlər. 

TDT artıq dünyanın əsas təşkilatlarından birinə çevrilib. Təbii ki, buna qısqanclıqla yanaşanlar da az deyil. Türk dövlətlərinin güclənməsini istməyən bir çox aktorlar bu prosesin qarşısını almaq üçün bütün mümkün üsul və vastilərdən istifadə edirlər. Həmçinin üzv dövlətlər arasında nifaq toxumunun səpilməsi, daxili çaxnaşmanın yaradılması da bu qəbildəndir. 

Aydındır ki, TDT-nin əsas aparıcı qüvvələri Azərbaycan və Türkiyədir. Bu iki dövlət təşkilatn ağırlığını çiyinlərində hiss etməklə onun inkişafına birbaşa xidmət edirlər. 

Hazırkı şəraitdə TDT-nin güclənməsini istəməyən və hətta parçalanmasını arzulayan müəyyən güclər bunun üçün xüsusilə üzv dövlətlərin xarici siyasət kursunda uyğunsuzluq, ziddiyyət yaratmağa çalışırlar. Məsələn, Yaxın Şərqdəki proseslər həm də bilavasitə buna xidmət edir. 

Buna baxmayaraq, təşkilat daxilində həmrəylik pozulmur. Prezident İlham Əliyev də öz çıxışında məhz buna işarə vurub. Təbiidir ki, üzv dövlətlərin hər birinin özlərinin müstəqil xarici siyasətləri var. Bu baxımdan ümumi yanaşmada müəyyən fərqliliklərin olması mümkündür. Lakin bu, heç bir halda ziddiyyət kimi qəbul edilməməlidir. Əksinə, üzv dövlətlər ən prinsipial məsələlərdə ortaq mövqedən çıxış edirlər. 

Üzv dövlətlərin liderlərinin səsləndirdiyi fikirlər, ortaya qoyduqları mövqe də göstərir ki, TDT gələcəkdə daha da inkişaf edəcək və genişlənəcək. Yaxın vaxtlarda Macarıstanın tamhüquqlu üzvə çevrilməsi və təşkilata yeni üzvlərin qəbul olunması da tamamilə realdır. 

Kənan Novruzov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
6
sherg.az

7Mənbələr