AZ

ABŞ-nin "F-35" pilotunu xilasetmək üçün keçirdiyi əməliyyat uğursuz olub - İran KİV

Bakı.Trend:

ABŞ-nin İranda aviareyd zamanı vurulan “F-35” qırıcısınınpilotunu xilas etmək üçün keçirməyə çalışdığı axtarış-xilasetməəməliyyatı tam uğursuzluqla nəticələnib.

Trend xəbər verirki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumatyayıb.

Mənbənin sözlərinə görə, əməliyyatda “Black Hawk” helikopterlərivə “C-130 Hercules” təyyarəsi iştirak edib.

“Helikopterlərdən biri İranın hava hücumundan müdafiə qüvvələritərəfindən sərhəd yaxınlığında hücuma məruz qalıb və əməliyyatzonasını tərk edib”, – agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsusF-35 qırıcısının cümə günü səhər saatlarında ölkənin mərkəzibölgələri üzərində vurulduğunu açıqlamışdı.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
32
50
az.trend.az

10Mənbələr