AZ

Nizami Kino Mərkəzinin rənglənməsi vandalizmdir - Əliməmməd Nuriyev

Bakı. Trend:

Nizami Kino Mərkəzinin bir qrup gənc tərəfindən rənglənməsininmahiyyətinə baxsaq, bunu vandalizm kimi qiymətləndirmək olar.

Bunu Trend-əaçıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, tarix və mədəniyyət abidələrinə münasibətinbu formada ifadə olunması açıq şəkildə vandalizm aktıdır:

“Eyni zamanda bu, şəhərimizin gözəlliyinə qarşı bir təcavüzdür.Bakı şəhəri gündən-günə daha da gözəlləşir. Şəhəringözəlləşdirilməsi bir tərəfdən memarların, arxitektorların, tikintişirkətlərinin və dizaynerlərin işidirsə, digər tərəfdən onu qoruyubsaxlamaq şəhər sakinlərinin məsuliyyətidir. Belə hallara qətiyyənyol verilməməlidir. Təəssüf ki, bəzi hallarda bu cür hadisələrinbaş verməsi bizim laqeydliyimizdən qaynaqlanır. Çünki bəzəngözümüzün qarşısında baş verən hadisələrə qarşı münasibətbildirilmir, etiraz edilmir. Bu baxımdan məsələ artıq ümumi ictimaiməsuliyyət xarakteri daşıyır”.

Hüquqşunas qeyd edib ki, bu şəxslərin gənclərin, xüsusilə dəyeniyetmələrin bu cür hadisələrdə iştirak etməsi ailədaxili tərbiyəvə təlim məsələlərində müəyyən problemlərin mövcud olduğunu dagöstərir:

“Bununla yanaşı, məktəblərdə də bu məsələlərə diqqət yetirilməsiolduqca vacibdir. Düşünürəm ki, biz hər şeydən əvvəl öz tariximizi,milli-mədəni irsimizi təbliğ etməliyik. Bu iş ailədən başlamalı,uşaqlarımıza bu dəyərlərə hörmət ruhu aşılanmalıdır. Əgər bizuşaqlarımıza bu dəyərlərin əhəmiyyətini göstərə bilsək, şübhəsizki, gələcək nəsil də onları daha yüksək qiymətləndirəcək vəqoruyacaq”.

Məqalədə:
Seçilən
36
3
az.trend.az

4Mənbələr