AZ

"Bu, insanlıq məsələsidir" -Deputat Azərbaycanın İrana yardımından DANIŞDI

Ötən gün Prezident İlham Əliyev İran lideri Məsud Pezeşkian ilə telefon danışığı zamanı qeyd edib ki, İrana humanitar yardım davam edəcək, eyni zamanda yaxın vaxtda növbəti humanitar yardım göndəriləcək.

Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanın İrana edəcəyi növbəti humanitar yardımı müsbət qiymətləndirir:

"İranın müharibə içərisində olduğu zamanda Azərbaycanın İrana olan yardımını çox yüksək qiymətləndirirəm. Bu, insanlıq məsələsidir, eyni zamanda İran bir türk dövlətidir. İran tezliklə ABŞ ilə anlaşmalı, ölkənin tamamilə dağılmasının qarşısını almalıdır. İranda bir çox sabiq dövlət adamları rəhbərliyi islahatlara çağırır, onları eşitmək lazımdır".

Aytəkin TOFİQQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr