AZ

ÜST: İranda tibb müəssisələrinə bir ayda 20-dən çox hücum olub

Mart ayının əvvəlindən bəri İranda səhiyyə müəssisələrinə 20-dən çox hücum həyata keçirilib.

Herbiand.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus X sosil şəbəkəsində yazıb.

“1 martdan bəri ÜST İranda səhiyyə müəssisələrinə 20-dən çox hücumu təsdiqləyib və nəticədə yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış səhiyyə işçisi və İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşı da daxil olmaqla ən azı doqquz nəfər həlak olub”, - ÜST rəhbəri qeyd edib.

Onun məlumatına görə, bir çox hücum İran paytaxtında qeydə alınıb. Belə ki, ölkənin və regionun ən qədim elmi-tədqiqat mərkəzlərindən biri olan Tehrandakı Paster İnstitutu ciddi ziyana görə fəaliyyətini dayandırıb. Bundan başqa, hücum zamanı psixiatrik xəstəxana, həmçinin xərçəng və skleroz üçün dərman istehsal edən əczaçılıq zavodu da ciddi ziyan görüb. Qebreyesus qeyd edib ki, bu hadisələrdə heç kim xəsarət almayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
49
2
herbiand.az

2Mənbələr