AZ

Tramp: Bir az daha çox vaxtımız olsaydı, Hörmüz boğazını aça bilərdik

İrana hücumu ilə başlayan müharibənin 35-ci günü keçdikcə ABŞ prezidenti Tramp münaqişənin əsas məqamına çevrilən Hörmüz boğazı ilə bağlı daha bir açıqlama verdi.

Turkustan.az xəbər verir ki, o, Hörmüz boğazının yenidən açılması üçün bir az daha vaxt istədi.

Tramp özünün Truth Social tətbiqindəki paylaşımında bildirib ki, əgər bir az daha çox vaxtımız olsaydı, Hörmüz boğazını asanlıqla aça, neft çıxara və sərvət qazana bilərdik. Bu, dünya üçün neft bumu olardı, elə deyilmi?

Əvvəlcə İrandakı rejimi devirdiyini və yeni rəhbərliyin onunla razılığa gəlmək istədiyini iddia edən, lakin sonradan İranı məhv etməklə hədələyən Tramp, hər gün İranla bağlı fərqli baxış bucaqlarından açıqlamalar verməyə davam edir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
21
1
turkustan.az

2Mənbələr