AZ

38 il əvvəl ermənilər, indi isə İran: Bakı daha bir tarixi qərar verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Azərbaycan xalqı hər zaman yardımsevər olub. Hətta SSRİ-nin tərkibində olduğumuz illərdə belə yardımsevərliyimiz və humanitar aksiyalarımız ilə digər ölkə xalqlarının ürəyində sevgi qazanmışıq. Məsələn, Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyəti uğrunda istiqlal mübarizəsinə, 1966-cı ildə baş vermiş dəhşətli Daşkənd zəlzələsində qardaş özbək xalqına, hətta 1988-ci ildə Spitak zəlzələsində ermənilərə göstərilən dəstəklər, eləcə də müstəqillik dövründə bütün dünyanı əhatə edən humanitar missiyalarımız buna nümunədir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Şəhla Cəlilzadə aprelin 2-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə zəngini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan daim zərərçəkmişlərə yardım etməyə çalışıb:

“Afrikada aclıqdan və xəstəliklərdən, o cümlədən dünyada yayılmış COVID-19 virusundan əziyyət çəkənlərə dəstək, dünyanın müxtəlif yerlərində yanğınlardan, zəlzələlərdən və daşqınlardan zərər görənlərə yardım fəaliyyətlərini buna misal göstərmək olar.

İrana 2020-ci ildə baş vermiş daşqınlar zamanı da humanitar yardım göndərilib. Hazırda isə ABŞ və İsrail tərəfindən başladılan müharibə çərçivəsində məruz qaldığı böyük itkilər fonunda ölkəmiz ənənəvi rolunu icra edərək İrana dəstək göstərib. Buna görə İran prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslər Azərbaycana təşəkkür ediblər. Hətta martın 11-də Rusiya Prezidenti Vladimir Putin də İlham Əliyevə zəng edərək Moskvanın humanitar yardımının Tehrana çatdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Şəhla Cəlilzadə 

Beləliklə, Azərbaycan özünün bu mövqeyi ilə zamanın, siyasətin və siyasi oyunların fövqündə dayandığını nümayiş etdirir. Hətta İran tərəfindən Naxçıvan hava limanına raket hücumuna, eləcə də Tehranın bəzi hərbi-siyasi dairələrində ölkəmizə qarşı qərəzli mövqenin mövcudluğuna baxmayaraq, bu yanaşma qorunur. Bakının yardımları bütün dünyada nümunə ola biləcək bir davranışdır”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr