AZ

“Karyerasını bitirən hər futbolçunu işlə təmin edə bilmərik” Rövşən Nəcəf in sualını CAVABLANDIRIB

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) 34-cü Hesabat Konfransından sonra assosiasiya rəhbərliyi mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Mətbuat nümayəndələri ilə təmas zamanı AFFA prezidenti Rövşən Nəcəf İdman.Biz saytının AFFA-nın kadr siyasəti, həmçinin Nazim Süleymanov, Tərlan Əhmədov, Emin Quliyev və Mahmud Qurbanov kimi tanınmış mütəxəssislərin işlə təmin olunması imkanlarına dair suala cavab verib.

AFFA rəhbəri futbol ictimaiyyətini məsələyə reallıqdan çıxış edərək yanaşmağı tövsiyə edib.

“Gəlin reallığı qəbul edək ki, biz peşəkar karyerasını başa vuran hər bir futbolçunu işlə təmin edə bilmərik. Bütün istəyimizə baxmayaraq, bu mümkün deyil. Üstəlik, bu məsələ yalnız AFFA-nın deyil, həm də futbol klublarının və ümumilikdə idman ictimaiyyətinin səlahiyyətinə daxildir.

Səyləri yalnız bir neçə ad ətrafında cəmləşdirmək düzgün olmazdı. Bu halda digər futbolçularla bağlı sual yaranacaq. Bu isə karyerasını başa vurmuş digər oyunçulara qarşı ədalətsizlik olardı”, - deyə AFFA prezidenti bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
icma.az

1Mənbələr