ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamalarından narahat olduğunu bildirib.Turkustan.az xəbər verir ki, Vadeful Funke Media Group-a verdiyi açıqlamada dünyanın təhlükəli bir yerə çevrildiyini və buna görə də NATO müttəfiqlərinin daha sıx bir araya gəlməsinin vacibliyini bildirib.
"Biz ortaq məqsədləri bölüşürük", - deyən Vadeful əlavə edib ki, NATO dünyanın ən uğurlu müdafiə ittifaqıdır.Vadeful avropalıların ümumi daxili məhsullarının 5 faizini müdafiəyə ayırmağı öhdələrinə götürdüklərini xatırladaraq, "Biz həmişəkindən daha güclüyük" dedi.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.