ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Uşaq müəssisələrində sıradan aşbazlar deyil, bu sahə üzrə sertifikatlaşmış aşbazlar çalışmalıdır
Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq. Məqsəd uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviq olunmasıdır. Qaydaların hazırlanmasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi may ayına kimi yekunlaşdırmalıdır. Bundan başqa, ilin sonuna qədər AQTA və Səhiyyə Nazirliyi dövlət tərəfindən qida ilə təmin edilən uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlamalıdır.
Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirdi ki, körpələr və erkən yaşlı uşaqların xüsusi menyusu tərtib edilməli və istər valideynlər, istərsə də uşaq müəssisələrinin rəhbərləri bu menyuya ciddi əməl etməlidirlər: 
- Körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalar üçün sanitar normaları və qaydalarının hazırlanması qida təhlükəsziliyi baxından mühüm addımdır, təqdirəlayiqdir. Qaydaların hazırlanması və onlara riayət edilməsi tələbi məsuliyyət hissini artıracaq. Uşaq qidası istehsalçıları da artıq biləcəklər ki nə və necə istehsal etməlidirlər, sağlam qida istehsal etməyə məcbur olacaqlar. Yəni, bundan sonra daha məsuliyyətli olacaqlar. Uşaq qidaları idxal edən şirkətlər də normativləri biləcək və buna uyğun davranmalı olacaqlar. Uşaqların qidalanma menyusuna gəlincə, 1 yaşdan yuxarı uşaqlar gündə 3 dəfə qidalanmalıdırılar. Və ara qida da olmalıdır. Təbii ki qidalanmada ət, balıq, toyuq mütləq olmalı, faydalı tərəvəzlər - gül kələm, brokoli, kök, kartof, faydalı meyvələr – alma, armud, banan və sair. və bunlardan hazırlanmış pürelər verilməlidir ki uşaqların vitamin, minerallarla zəngin qidalanmaları təmin edilsin. Uşaq bağçaları, uşaq müəssisələrində çalışan aşbazlarla bağlı xüsusi qaydalar tətbiq edilməlidir. Bəzən müdür evində dadlı xörək bişirən xanımı müəssisəsədə işə cəlb edir, elə bilir, evdə dadlı, keyfiyyətli xörək bişirən qadın aşbaz bunu uşaq müəssisəsində də edəcək. Belə deyil. Uşaqlar üçün hazırlanan qidalar, xörəklər xüsusi hazırlanma qaydası var. Duz nə qədər əlavə edilməlidir, yağ nə qədər olmalıdır. Uşaq qidası yetkin insanın qidasından fərqlənməlidir. Uşaq müəssisələrində sıradan aşbazlar deyil, bu sahə üzrə sertifikatlaşmış aşbazlar çalışmalıdır. Aşbaz evdə geyinib gəldiyi geyimlə yemək bişrməməlidir. Onun xüsusi uniforması olmalıdır, başını bağlamalıdır, saçı, saçın kəpəyi yeməyə tökülməsin. Bir çox uşaq müəssisələrində aşbazlara uniforma tətbiq olunmur. Ümid edirəm ki, yeni qaydalar hazırlanarkən bu məsələ də diqqətə alınacaq və uniforma tələbi qoyulacaq. Valideynlərə məsləhət görürəm ki övladını bağçaya yazdıranda uşağın harada oynayacağı ilə deyil, harada və necə qidalanacağı ilə maarqlansınlar və xörəklərin hazırlandığı mətbəxə baxış keçirsinlər. Görsünlər kimdir xörək bişirən.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.